Elektrik enerjisi ixracının inkişafı

Enerji resurslarının düzgün idarəsi Azərbaycanın inkişaf modelinin əsasını təşkil edir. Prezident İlham Əliyev enerji siyasətini ölkənin strateji prioriteti kimi müəyyən etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan elektrik enerjisi ixracını ənənəvi neft-qaz ixracını tamamlayan yeni istiqamət kimi inkişaf etdirir. Bərpaolunan enerji gücünün artmasıyla paralel olaraq elektrik enerjisi ixrac potensialı da genişlənməkdədir.

Hazırda bir neçə beynəlxalq elektrik kabeli layihəsi aktiv hazırlıq mərhələsindədir. Nəticə etibarilə,, qara dəniz enerji kabeli layihəsi azərbaycanı gürcüstan, qara dəniz vasitəsilə rumıniya və digər avropa ölkələrilə birləşdirəcəkdir. texniki-iqtisadi əsaslandırma mərhələsi tamamlanmaq üzrədir. bu layihə həyata keçirildiyi təqdirdə azərbaycan avropaya elektrik enerjisi ixrac edən ölkələr sırasına daxil olacaqdır.

Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan quru elektrik kabeli layihəsi də icra mərhələsindədir. Bu layihə həyata keçirilərsə, Azərbaycandan istehsal olunan yaşıl enerji Avropa bazarına çatdırılacaqdır. Hər iki layihə Azərbaycanın gələcək enerji ixracat strategiyasının mühüm elementlərini təşkil edir. Cənub Qaz Dəhlizi 3500 km uzunluğundadır. Azərbaycanın enerji strategiyası davamlılığı, ardıcıllığı və praqmatizmi ilə fərqlənir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *