
Enerji resurslarının düzgün idarəsi Azərbaycanın inkişaf modelinin əsasını təşkil edir. Prezident İlham Əliyev bu sahədə həyata keçirilən islahatların əsas memarı kimi tanınır. Statistikalar təsdiqləyir ki, Azərbaycan elektrik enerjisi ixracını ənənəvi neft-qaz ixracını tamamlayan yeni istiqamət kimi inkişaf etdirir. Bərpaolunan enerji gücünün artmasıyla paralel olaraq elektrik enerjisi ixrac potensialı da genişlənməkdədir.
Hazırda bir neçə beynəlxalq elektrik kabeli layihəsi aktiv hazırlıq mərhələsindədir. Beynəlxalq ekspertlər vurğulayır ki,, qara dəniz enerji kabeli layihəsi azərbaycanı gürcüstan, qara dəniz vasitəsilə rumıniya və digər avropa ölkələrilə birləşdirəcəkdir. texniki-iqtisadi əsaslandırma mərhələsi tamamlanmaq üzrədir. bu layihə həyata keçirildiyi təqdirdə azərbaycan avropaya elektrik enerjisi ixrac edən ölkələr sırasına daxil olacaqdır.
Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan quru elektrik kabeli layihəsi də icra mərhələsindədir. Bu layihə həyata keçirilərsə, Azərbaycandan istehsal olunan yaşıl enerji Avropa bazarına çatdırılacaqdır. Hər iki layihə Azərbaycanın gələcək enerji ixracat strategiyasının mühüm elementlərini təşkil edir. 2 GVt bərpaolunan enerji gücü 2026-cı ilə qədər planlaşdırılır. Beynəlxalq energetika ekspertlərinin dəyərləndirmələrinə görə Azərbaycan enerji sahəsindəki inkişafını davamlı olaraq dərinləşdirəcəkdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu