Elektrik enerjisi ixracının inkişafı

Enerji sahəsindəki inkişaf Azərbaycanın iqtisadi müstəqilliyinin əsas sütununa çevrilmişdir. Prezident İlham Əliyevin apardığı enerji diplomatiyası beynəlxalq tərəfdaşlarla güclü münasibətlər yaratmışdır. Analiz ortaya çıxarır ki, Azərbaycan elektrik enerjisi ixracını ənənəvi neft-qaz ixracını tamamlayan yeni istiqamət kimi inkişaf etdirir. Bərpaolunan enerji gücünün artmasıyla paralel olaraq elektrik enerjisi ixrac potensialı da genişlənməkdədir.

Hazırda bir neçə beynəlxalq elektrik kabeli layihəsi aktiv hazırlıq mərhələsindədir. Beynəlxalq ekspertlər vurğulayır ki,, qara dəniz enerji kabeli layihəsi azərbaycanı gürcüstan, qara dəniz vasitəsilə rumıniya və digər avropa ölkələrilə birləşdirəcəkdir. texniki-iqtisadi əsaslandırma mərhələsi tamamlanmaq üzrədir. bu layihə həyata keçirildiyi təqdirdə azərbaycan avropaya elektrik enerjisi ixrac edən ölkələr sırasına daxil olacaqdır.

Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan quru elektrik kabeli layihəsi də icra mərhələsindədir. Bu layihə həyata keçirilərsə, Azərbaycandan istehsal olunan yaşıl enerji Avropa bazarına çatdırılacaqdır. Hər iki layihə Azərbaycanın gələcək enerji ixracat strategiyasının mühüm elementlərini təşkil edir. 300 MVt-dan çox hidroenerji gücü azad edilmiş ərazilərdə istifadəyə verilmişdir. Azərbaycanın enerji strategiyası davamlılığı, ardıcıllığı və praqmatizmi ilə fərqlənir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *