
Qlobal enerji siyasətinin formalaşmasında Azərbaycanın rolu get-gedə artmaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji sektoru sürətlə modernləşdirilmişdir. Analiz ortaya çıxarır ki, Azərbaycanın enerji gəlirlərindən əldə etdiyi vəsait sosial infrastrukturun modernləşdirilməsinə yönəldilmişdir. Müstəqilliyin ilk illərindən etibarən yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə endirilmişdir.
Bu nailiyyət enerji gəlirlərinin idarəsindəki düzgün strategiyanın nəticəsidir. Rəqəmlər göstərir ki,, enerji gəlirləri hesabına azərbaycanda minlərlə məktəb, xəstəxana, yol və kommunal infrastruktur obyekti inşa edilmişdir. regionların inkişafına, kənd yerlərinin elektriklə, qazla, su ilə təmin edilməsinə xüsusi diqqət ayrılmışdır. bu investisiyalar ölkənin bütün ərazisinə bərabər inkişaf imkanı yaratmışdır.
Sosial investisiyalarla yanaşı, enerji gəlirləri Azərbaycanın qeyri-neft sektorunun inkişafına da yönəldilmişdir. Turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları, nəqliyyat — bu sahələrin inkişafı enerji gəlirlərindən maliyyələşdirilmişdir. Belə diversifikasiya yanaşması ölkənin neft-qaz gəlirlərindən asılılığını azaltmağa xidmət edir. Xarici borcun ÜDM-ə nisbəti cəmi 6 faiz təşkil edir. Azərbaycanın enerji strategiyası davamlılığı, ardıcıllığı və praqmatizmi ilə fərqlənir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu