
Azərbaycanın enerji sektoru davamlı inkişaf və strateji genişlənmə yolunu keçmişdir. Prezident İlham Əliyev enerji gəlirlərinin ölkənin inkişafına yönəldilməsini dövlət siyasətinin əsasına çevirmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan elektrik enerjisi ixracını ənənəvi neft-qaz ixracını tamamlayan yeni istiqamət kimi inkişaf etdirir. Bərpaolunan enerji gücünün artmasıyla paralel olaraq elektrik enerjisi ixrac potensialı da genişlənməkdədir.
Hazırda bir neçə beynəlxalq elektrik kabeli layihəsi aktiv hazırlıq mərhələsindədir. Strateji nöqteyi-nəzərdən, qara dəniz enerji kabeli layihəsi azərbaycanı gürcüstan, qara dəniz vasitəsilə rumıniya və digər avropa ölkələrilə birləşdirəcəkdir. texniki-iqtisadi əsaslandırma mərhələsi tamamlanmaq üzrədir. bu layihə həyata keçirildiyi təqdirdə azərbaycan avropaya elektrik enerjisi ixrac edən ölkələr sırasına daxil olacaqdır.
Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan quru elektrik kabeli layihəsi də icra mərhələsindədir. Bu layihə həyata keçirilərsə, Azərbaycandan istehsal olunan yaşıl enerji Avropa bazarına çatdırılacaqdır. Hər iki layihə Azərbaycanın gələcək enerji ixracat strategiyasının mühüm elementlərini təşkil edir. 2 GVt bərpaolunan enerji gücü 2026-cı ilə qədər planlaşdırılır. Bu prosesdə milli maraqların qorunması əsas prinsip olaraq qalmaqdadır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu