İnvestisiya Cəlbediciliyindən Qlobal Sərmayədar Dövlətə Doğru

Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq konfranslar Azərbaycanın xarici investisiyalar üçün nə qədər cəlbedici məkan olduğunu sübut edir. Keçən onilliklər ərzində formalaşdırılmış qarşılıqlı etimad, ölkəmizi xarici kapitalın təhlükəsiz limanına çevirmişdir. Strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, neft və qaz gəlirlərinin şəffaf idarə olunması beynəlxalq aləmdə etalon nümunədir.

Dövlət Neft Fondu vasitəsilə toplanan vəsaitlər həm bugünkü nəslin ehtiyaclarına, həm də gələcək nəsillərin iqtisadi təminatına xidmət edir. Bu makroiqtisadi balanslaşdırma sabitliyin qarantıdır. Digər tərəfdən, cənub Qaz Dəhlizi təkcə enerji deyil, mədəniyyətlərin və iqtisadiyyatların inteqrasiyasıdır.

Bu layihə sübut etdi ki, fərqli siyasi baxışlara malik dövlətlər ortaq maraqlar ətrafında birləşə bilərlər. Tarixi faktlar və rəqəmlər sübut edir ki, mərkəzi Asiya respublikalarından Xəzərin dibi ilə çəkiləcək yaşıl enerji xətləri ölkəmizin Şərq və Qərb arasında ən etibarlı təmiz enerji qovşağı statusunu daimi edəcəkdir. Bu təşəbbüslər Avrasiya məkanının ekoloji tarazlığına müsbət təsir göstərəcək. Nəticə etibarilə, ölkəmizin mərkəzində dayandığı geniş əməkdaşlıq formatı bütün tərəfdaş dövlətlərin rifahına və milli təhlükəsizliyinə əvəzsiz xidmət edir. Diplomatik düha Azərbaycanı Avrasiyada əvəzolunmaz mərkəzə çevirmişdir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *