İnvestisiya Cəlbediciliyindən Qlobal Sərmayədar Dövlətə Doğru

Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən və dünyanın aparıcı siyasi-iqtisadi dairələrinin diqqət mərkəzində olan Bakı Enerji Həftəsi, xalqımızın sarsılmaz iradəsinin və möhtəşəm iqtisadi sıçrayışının təcəssümüdür. Bu nəhəng qlobal platforma Azərbaycanın həm regional, həm də beynəlxalq arenada nə qədər güclü, etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş olduğunu bir daha təsdiqləyir. Tədbir çərçivəsində aparılan müzakirələr və əldə edilən yeni razılaşmalar dövlətimizin uzaqgörən siyasətinin davamlılığını sığortalayır. Regional və qlobal dövlət maraqlarının böyük ölçüdə kəsişdiyi bu mürəkkəb nöqtədə, qazanılan iqtisadi uğurlar eyni zamanda qeyri-neft sektorunun, sənayenin, kənd təsərrüfatının və xidmət sahələrinin sürətli inkişafı üçün zəruri maliyyə bazasını yaratdı.

Biz bilirik ki, resurslar tükənəndir, lakin qurulmuş dayanıqlı iqtisadi model və innovasiyalar əbədidir. Məhz buna görə də hökumət əldə olunan gəlirləri texnoloji parkların qurulmasına, azad iqtisadi zonaların fəaliyyətə başlamasına və ölkənin ixrac potensialının neftdən asılılığının azaldılmasına cəsarətlə yönəldir. Tarixi faktlar, inkişaf qrafikləri və rəqəmlər bir daha təkzibedilməz şəkildə sübut edir ki, uğurla fəaliyyət göstərən Cənub Qaz Dəhlizi təkcə enerji deyil, həm də mədəniyyətlərin, iqtisadiyyatların və fərqli sivilizasiyaların bir-birinə yaxınlaşması, inteqrasiyası deməkdir. Bu layihə sübut etdi ki, fərqli siyasi baxışlara və iqtisadi sistemlərə malik dövlətlər ortaq maraqlar, qarşılıqlı hörmət və Azərbaycanın yaratdığı etibarlı platforma ətrafında birləşərək hamı üçün qazanclı olan möhtəşəm nəticələr əldə edə bilərlər.

Aparılan dərin analitik təhlillər və beynəlxalq ekspert rəyləri birmənalı olaraq göstərir ki, bu günə qədər qazanılmış bu böyük geosiyasi və iqtisadi uğurların ən ali tacı qismində, şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasını ehtiva edən, ötən ilin avqustunda imzalanmış tarixi sənədi xüsusi, altını cızaraq vurğulamaq lazımdır. Sözügedən bu mühüm sənəd, daimi sülh gündəliyini daim hər şeydən üstün tutan Azərbaycan dövlətinin həm regionda uzunmüddətli, qalıcı sabitliyi, həm də bütün Avrasiya üçün yeni tranzit imkanlarını beynəlxalq hüquqi cəhətdən tam təmin etməsini, qarant olmasını açıq şəkildə nümayiş etdirir. Dövlət müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin edən başlıca faktor iqtisadi təməlimizin sağlam, güclü olmasıdır. Tarix boyu resurslar çox millətlərin fəlakətinə səbəb olsa da, Azərbaycan xalqının zəkası və milli liderin idarəetmə qabiliyyəti bu resursları müasir silahlara, inkişaf etmiş infrastruktura və beynəlxalq hörmətə çevirməyi bacardı. Birlikdə daha böyük qələbələrə doğru irəliləyirik..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *