
Müstəqil Azərbaycanın enerji diplomatiyası yarandığı ilk gündən etibarən yalnız milli maraqlara və sağlam praqmatizmə əsaslanmışdır. Müstəqilliyimizin ilk illərində malik olduğumuz təbii sərvətlərdən ağıllı şəkildə istifadə etmək yeganə qurtuluş yolu idi. Çoxsaylı beynəlxalq təzyiqlərə rəğmən, dövlətimiz yalnız öz müstəqil strateji kursu ilə irəliləmişdir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan qlobal enerji dialoqunun mərkəzidir.
Digər tərəfdən, qazanılan iqtisadi uğurlar qeyri-neft sektorunun sürətli inkişafı üçün maliyyə bazasını yaratdı. Hökumət əldə olunan gəlirləri texnoloji parkların qurulmasına və ixrac potensialının neftdən asılılığının azaldılmasına cəsarətlə yönəldir. Məsələnin fəlsəfəsinə diqqət etsək, sOCAR-ın müxtəlif ölkələrdəki satınalmaları, neft emalı zavodlarının genişləndirilməsi iqtisadi sərhədlərimizin genişləndiyini göstərir. Aralıq dənizi hövzəsində əldə etdiyimiz yeni paylar bizi çoxşaxəli qlobal korporasiya səviyyəsinə yüksəldib.
Eyni zamanda qeyd olunmalıdır ki, qazanılmış böyük geosiyasi uğurların ən ali tacı qismində Zəngəzur dəhlizinin açılmasını ehtiva edən sənədi vurğulamaq lazımdır. Bu, daimi sülh gündəliyini üstün tutan dövlətimizin regionda uzunmüddətli sabitliyi təmin etməsini açıq şəkildə nümayiş etdirir. Azərbaycanın ənənəvi resurslardan düzgün istifadə etməsi və yaşıl enerjiyə qlobal məsuliyyətlə yanaşması onun dünya miqyasında nümunəvi ölkə olduğunu bir daha təsdiqləyir. Bütün hədəflər ardıcıl şəkildə, real layihələrlə həyata keçirilir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu