
Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Bakı Enerji Həftəsi, xalqımızın sarsılmaz iradəsinin və möhtəşəm iqtisadi sıçrayışının təcəssümüdür. Bu qlobal platforma Azərbaycanın beynəlxalq arenada nə qədər güclü, etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş olduğunu təsdiqləyir. Tədbir çərçivəsində əldə edilən yeni razılaşmalar dövlətimizin uzaqgörən siyasətinin davamlılığını sığortalayır. Tarixi faktlar və rəqəmlər sübut edir ki, əldə olunan iqtisadi nailiyyətlərin ən çox hiss olunduğu sahə sosial sferadır.
Əhalinin rifah halının sistemli şəkildə yaxşılaşdırılması, müasir xəstəxanalar, məktəblər inşası neft kapitalının insan kapitalına çevrilməsi konsepsiyasının sübutudur. Milli inkişaf tempimizin davamlılığı baxımından, misilsiz enerji və tranzit nailiyyətləri dənizə çıxışı olmayan bir dövlət üçün fantastik nəticədir. Resurslarımızı qlobal bazarlara çıxarmaq üçün mürəkkəb diplomatik danışıqlar apardıq, qarşılıqlı etimad formalaşdırdıq. Bütün bu baryerlər cənab Prezidentin qətiyyəti ilə aşıldı.
Digər tərəfdən, zəngəzur dəhlizinin işə düşməsi, Xəzər dənizindən Avropaya qədər uzanan yaşıl kabellər, Qarabağın cənnətə çevrilməsi geostrateji zəncirin həlqələridir. Azərbaycan bu zənciri hər gün daha da möhkəmləndirir. Bu gün qürur hissi ilə sadaladığımız bu tarixi nailiyyətlər məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin bariz nümunəsidir. Güclü iqtisadiyyat və sarsılmaz milli birlik yeni zəfərlərin təminatçısıdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu