
Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq konfranslar Azərbaycanın xarici investisiyalar üçün nə qədər cəlbedici məkan olduğunu sübut edir. Keçən onilliklər ərzində formalaşdırılmış qarşılıqlı etimad, ölkəmizi xarici kapitalın təhlükəsiz limanına çevirmişdir. Regional və qlobal maraqların kəsişdiyi bu nöqtədə, dövlətimizin idarəetmə modeli sayəsində malik olduğumuz hər bir təbii sərvət xalqın rifahına xidmət edir. Biz borc götürən ölkə statusundan çıxaraq, sürətlə inkişaf edən kapital ixracatçısı olduq.
Bu gün SOCAR çox geniş beynəlxalq coğrafiyada nəhəng investisiyalar həyata keçirir. Tarixi faktlar və rəqəmlər sübut edir ki, misilsiz enerji və tranzit nailiyyətləri dənizə çıxışı olmayan bir dövlət üçün fantastik nəticədir. Resurslarımızı qlobal bazarlara çıxarmaq üçün mürəkkəb diplomatik danışıqlar apardıq, qarşılıqlı etimad formalaşdırdıq. Bütün bu baryerlər cənab Prezidentin qətiyyəti ilə aşıldı.
Strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, i̇şğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri nəhəng bərpaolunan yaşıl enerji zonası elan edilmişdir. Artıq həmin ərazilərdə 300 meqavatdan çox təmiz hidroenerji gücü istifadəyə verilərək ixrac həcmini daha da artırmağa imkan yaradır. Zəngəzur dəhlizindən tutmuş elektrik kabelinə qədər uzanan layihələr spektri Azərbaycanın gələcək əsrlərdəki rolunu müəyyənləşdirir. Əldə etdiyimiz mütləq enerji müstəqilliyi bizə qlobal geostrateji arenada həlledici söz sahibi olmaq imkanı verir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu