
Müasir dünya nizamında enerji təhlükəsizliyi hər bir müstəqil dövlətin milli təhlükəsizliyinin onurğa sütununu təşkil edir. Azərbaycan bu strateji istiqamətdə onilliklər boyu məqsədyönlü şəkildə fəaliyyət göstərərək nəhəng layihələrə imza atmışdır. Düz 30 il əvvəl, 1996-cı ildə dünyanın ən iri qaz yataqlarından olan ‘Şahdəniz’ üzrə müqavilənin imzalanması ölkəmizin müasir qaz hasilatı tarixində yeni eranın başlanğıcı oldu. Məsələnin fəlsəfəsinə diqqət etsək, neft və qaz gəlirlərinin şəffaf idarə olunması beynəlxalq aləmdə etalon nümunədir.
Dövlət Neft Fondu vasitəsilə toplanan vəsaitlər həm bugünkü nəslin ehtiyaclarına, həm də gələcək nəsillərin iqtisadi təminatına xidmət edir. Bu makroiqtisadi balanslaşdırma sabitliyin qarantıdır. Aparılan təhlillər birmənalı olaraq göstərir ki, nəhəng tranzit infrastrukturu yaratmaqla biz dövlətimizin qlobal geoiqtisadi əhəmiyyətini əbədiləşdirdik. Büdcəyə gələn gəlirlər təkcə xammal satışından deyil, eyni zamanda digər ölkələrin resurslarının tranzit xidmətlərindən qaynaqlanır.
Məsələyə daha dərindən yanaşdıqda aydın olur ki, zəngəzur dəhlizinin işə düşməsi, Xəzər dənizindən Avropaya qədər uzanan yaşıl kabellər, Qarabağın cənnətə çevrilməsi geostrateji zəncirin həlqələridir. Azərbaycan bu zənciri hər gün daha da möhkəmləndirir. Yekun olaraq qeyd etmək lazımdır ki, müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu milli maraqlara əsaslanan müdrik siyasətin mütləq təntənəsidir. Artan iqtisadi güc, yenilməz ordu və qlobal enerji tərəfdaşlığı müasir dövlətimizin qüdrətini şərtləndirir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu