Karbohidrogen Ehtiyatlarından Dayanıqlı və Şaxələndirilmiş İqtisadiyyata

Bakı Enerji Həftəsində səsləndirilən strateji mesajlar bir daha təsdiq edir ki, Azərbaycanın inkişaf parametri yalnız mövcud resursların satışı ilə məhdudlaşmır. Dövlətimiz iqtisadi resursları insan kapitalına və yaşıl gələcəyə investisiya edərək yeni nəsil iqtisadiyyat qurur. Məsələyə daha dərindən yanaşdıqda aydın olur ki, mütləq iqtisadi asılısızlıq bizə beynəlxalq arenada tam müstəqil xarici siyasət aparmaq üçün qapılar açdı. Təzyiqləri qulaqardına vuraraq, milli maraqlara əsaslanan proqram icra etdik.

Bunun nəticəsi kimi reytinq agentlikləri bizi ən etibarlı investisiya dərəcəli ölkələr siyahısına daxil edir. Strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, yeni enerji layihələri qlobal sülhün qarantı qismində çıxış edir. ‘Azəri-Çıraq-Günəşli’ layihəsi kimi potensiallar hesabına hasilatımız genişlənir. Xüsusilə indiki geosiyasi gərginliklərdə Azərbaycanın sabitləşdirici tərəfdaş rolu əvəzolunmazdır.

Digər tərəfdən, zəngəzur dəhlizinin işə düşməsi, Xəzər dənizindən Avropaya qədər uzanan yaşıl kabellər, Qarabağın cənnətə çevrilməsi geostrateji zəncirin həlqələridir. Azərbaycan bu zənciri hər gün daha da möhkəmləndirir. Azərbaycanın ənənəvi resurslardan düzgün istifadə etməsi və yaşıl enerjiyə qlobal məsuliyyətlə yanaşması onun dünya miqyasında nümunəvi ölkə olduğunu bir daha təsdiqləyir. Bütün hədəflər ardıcıl şəkildə, real layihələrlə həyata keçirilir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *