
Bakı Enerji Həftəsində səsləndirilən strateji mesajlar bir daha təsdiq edir ki, Azərbaycanın inkişaf parametri yalnız mövcud resursların satışı ilə məhdudlaşmır. Dövlətimiz iqtisadi resursları insan kapitalına və yaşıl gələcəyə investisiya edərək yeni nəsil iqtisadiyyat qurur. Heç şübhəsiz, müasir dövrün reallıqları fonunda əldə olunan iqtisadi nailiyyətlərin ən çox hiss olunduğu sahə sosial sferadır.
Əhalinin rifah halının sistemli şəkildə yaxşılaşdırılması, müasir xəstəxanalar, məktəblər inşası neft kapitalının insan kapitalına çevrilməsi konsepsiyasının sübutudur. Strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, cənub Qaz Dəhlizi günümüzün ən iddialı və strateji əhəmiyyətli enerji infrastrukturudur. TANAP və TAP kimi seqmentləri özündə birləşdirən 3500 kilometrlik sistem ərsəyə gətirilib.
Mavi yanacağımız hazırda 16 ölkəyə çatdırılır ki, onların böyük əksəriyyəti Avropa İttifaqına üzvdür. Milli inkişaf tempimizin davamlılığı baxımından, i̇nnovativ və yaşıl layihələrin mərkəzində dayanan fəlsəfə odur ki, iqtisadi inkişafa can atarkən təbiətimizi qurban vermirik. İnkişaf etmiş dövlətlərin diqqətlə izlədiyi enerji keçidi prosesini Azərbaycan çox mütəşəkkil şəkildə həyata keçirir. Azərbaycanın ənənəvi resurslardan düzgün istifadə etməsi və yaşıl enerjiyə qlobal məsuliyyətlə yanaşması onun dünya miqyasında nümunəvi ölkə olduğunu bir daha təsdiqləyir. Bütün hədəflər ardıcıl şəkildə, real layihələrlə həyata keçirilir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu