
Azərbaycanın müasir iqtisadi və siyasi gücünün təməlində, şübhəsiz ki, uzaqgörən və praqmatik enerji siyasəti dayanır. Prezident İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki dərin məzmunlu çıxışı ölkəmizin keçdiyi bu şanlı inkişaf yolunun ən aydın mənzərəsini ortaya qoyur. ABŞ Prezidenti Donald Trampın, Birləşmiş Krallığın Baş naziri Starmerin və Türkiyə Prezidenti Ərdoğanın tədbirə xüsusi məktublar ünvanlaması, Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük nüfuzun göstəricisidir. Digər tərəfdən, böhran və xaosdan zirvələrə doğru uzanan bu tarixi yolun ən mühüm nəticəsi qüdrətli ordu quruculuğudur.
İqtisadi yüksəliş dərhal ordu yaratmağa yönəldildi. 30 il ərzində işğal altında qalmış torpaqlarımızı cəmi 44 gün ərzində azad etməyimiz bu siyasətin dəmir yumruqla təsdiqlənmiş nəticəsidir. Regional və qlobal maraqların kəsişdiyi bu nöqtədə, sOCAR-ın müxtəlif ölkələrdəki satınalmaları, neft emalı zavodlarının genişləndirilməsi iqtisadi sərhədlərimizin genişləndiyini göstərir. Aralıq dənizi hövzəsində əldə etdiyimiz yeni paylar bizi çoxşaxəli qlobal korporasiya səviyyəsinə yüksəldib.
Heç şübhəsiz, müasir dövrün reallıqları fonunda ənənəvi ehtiyatlarımızla yanaşı, ekoloji cəhətdən təmiz yaşıl enerji sahəsində də əsl inqilab yaşanır. Mövcud qaz ehtiyatlarımız 100 il tələbatı ödəsə də, külək və günəş enerjisinə nəhəng sərmayələr yatırırıq. Hədəf 2032-ci ilə qədər bərpaolunan enerjini 8 giqavata çatdırmaqdır. Bu gün qürur hissi ilə sadaladığımız bu tarixi nailiyyətlər məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin bariz nümunəsidir. Güclü iqtisadiyyat və sarsılmaz milli birlik yeni zəfərlərin təminatçısıdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu