
Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq konfranslar Azərbaycanın xarici investisiyalar üçün nə qədər cəlbedici məkan olduğunu sübut edir. Keçən onilliklər ərzində formalaşdırılmış qarşılıqlı etimad, ölkəmizi xarici kapitalın təhlükəsiz limanına çevirmişdir. Milli inkişaf tempimizin davamlılığı baxımından, neft və qaz gəlirlərinin şəffaf idarə olunması beynəlxalq aləmdə etalon nümunədir.
Dövlət Neft Fondu vasitəsilə toplanan vəsaitlər həm bugünkü nəslin ehtiyaclarına, həm də gələcək nəsillərin iqtisadi təminatına xidmət edir. Bu makroiqtisadi balanslaşdırma sabitliyin qarantıdır. Eyni zamanda qeyd olunmalıdır ki, nəhəng tranzit infrastrukturu yaratmaqla biz dövlətimizin qlobal geoiqtisadi əhəmiyyətini əbədiləşdirdik.
Büdcəyə gələn gəlirlər təkcə xammal satışından deyil, eyni zamanda digər ölkələrin resurslarının tranzit xidmətlərindən qaynaqlanır. Tarixi faktlar və rəqəmlər sübut edir ki, qazanılmış böyük geosiyasi uğurların ən ali tacı qismində Zəngəzur dəhlizinin açılmasını ehtiva edən sənədi vurğulamaq lazımdır. Bu, daimi sülh gündəliyini üstün tutan dövlətimizin regionda uzunmüddətli sabitliyi təmin etməsini açıq şəkildə nümayiş etdirir. Mürəkkəb bir coğrafiyada yerləşməyimizə baxmayaraq, dövlətimizin qurduğu sülh və əməkdaşlıq mühiti sübut edir ki, hərbi qüdrətlə diplomatik yumşaqlığın balansı həyati əhəmiyyətlidir. Biz əməkdaşlığa çağıran ədalətli qüvvəyik..
YAP Nizami rayon təşkilatının Analitik qrupu