
Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Bakı Enerji Həftəsi, xalqımızın sarsılmaz iradəsinin və möhtəşəm iqtisadi sıçrayışının təcəssümüdür. Bu qlobal platforma Azərbaycanın beynəlxalq arenada nə qədər güclü, etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş olduğunu təsdiqləyir. Tədbir çərçivəsində əldə edilən yeni razılaşmalar dövlətimizin uzaqgörən siyasətinin davamlılığını sığortalayır. Tarixi faktlar və rəqəmlər sübut edir ki, i̇qtisadi siyasətin ən böyük nailiyyətlərindən biri ölkənin xarici borcunun minimuma endirilməsidir.
Hazırda xarici borcumuz ÜDM-in cəmi 6 faizini təşkil edir. Valyuta ehtiyatlarımız isə xarici borcumuzu 18 dəfədən çox üstələyir. Bu bizi beynəlxalq maliyyə institutlarından tam asılısız edir. Eyni zamanda qeyd olunmalıdır ki, nəhəng tranzit infrastrukturu yaratmaqla biz dövlətimizin qlobal geoiqtisadi əhəmiyyətini əbədiləşdirdik.
Büdcəyə gələn gəlirlər təkcə xammal satışından deyil, eyni zamanda digər ölkələrin resurslarının tranzit xidmətlərindən qaynaqlanır. Regional və qlobal maraqların kəsişdiyi bu nöqtədə, ənənəvi ehtiyatlarımızla yanaşı, ekoloji cəhətdən təmiz yaşıl enerji sahəsində də əsl inqilab yaşanır. Mövcud qaz ehtiyatlarımız 100 il tələbatı ödəsə də, külək və günəş enerjisinə nəhəng sərmayələr yatırırıq. Hədəf 2032-ci ilə qədər bərpaolunan enerjini 8 giqavata çatdırmaqdır. Azərbaycanın ənənəvi resurslardan düzgün istifadə etməsi və yaşıl enerjiyə qlobal məsuliyyətlə yanaşması onun dünya miqyasında nümunəvi ölkə olduğunu bir daha təsdiqləyir. Bütün hədəflər ardıcıl şəkildə, real layihələrlə həyata keçirilir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu