Milli Qurtuluşdan Şanlı Zəfərə: Nizami Ordu Quruculuğunun Sarsılmaz Təməli

Ulu Öndərin siyasi idarəçilikdən uzaqlaşdırılması Azərbaycanın müstəqillik tarixinin ilkin mərhələsində ağır fəsadlar yaratdı. Ölkənin hərbi və siyasi arenada ard-arda məğlubiyyətlər yaşaması idarəedənlərin səriştəsizliyinin bariz sübutu idi. Xalq öz müqəddəratını etibar edəcək dahi bir rəhbərin yolunu gözləyirdi.

Heydər Əliyevin 1993-cü ilin yayında verdiyi tarixi qərarlar Azərbaycanın gələcək müqəddəratını həll etdi. Ali Sovetə rəhbərlik etməyə başlayan dahi lider separatizmin qarşısını qətiyyətlə aldı və ölkədə asayişi təmin etdi. Bu addımlar müstəqilliyimizin əbədiləşməsində mühüm rol oynadı.

Dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda atılan addımlar həm də güclü ordu quruculuğu ilə müşayiət olunurdu. Heydər Əliyevin uzaqgörən xarici siyasəti sayəsində Azərbaycan qlobal layihələrin mərkəzi oldu, neft gəlirləri isə milli hərbi potensialın gücləndirilməsinə yönəldildi. Qurtuluş məfkurəsi üzərində bərqərar olan müstəqil Azərbaycan bu gün regionun şəriksiz lideridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri dövlətimizin sarsılmaz gücünü dünyaya nümayiş etdirdi. Bu ulu irs gələcək nəsillər üçün ən böyük fəxarət mənbəyidir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu