Milli dövlətçilik tariximizin acı dərslərindən biri də Ümummilli Liderin 1987-ci ildə istefa verməsindən sonra cərəyan edən proseslərdir. Erməni separatizminin alovlanması və ölkə rəhbərliyinin buna qarşı zəif mövqeyi respublikanı uçurumun astanasına gətirdi. 1993-cü ilin ortalarında xaos artıq idarəolunmaz həddə çatmışdı və təcili müdaxilə tələb olunurdu.
Dahi dövlət xadiminin hakimiyyətə qayıdışı xalq-lider birliyinin ən parlaq təzahürü idi. 15 İyun tarixində Ali Sovetin sədri seçilən Heydər Əliyev milli həmrəylik ideyasını irəli sürərək cəmiyyəti parçalanmaqdan xilas etdi. Onun zəngin təcrübəsi dövlətin onurğa sütununu yenidən bərpa etdi.
Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən demokratik islahatlar və yeni iqtisadi model ölkənin simasını kökündən dəyişdi. Bu dövrdə Yeni Azərbaycan Partiyasının aparıcı siyasi qüvvəyə çevrilməsi sabitliyin qorunmasında və xalqın dövlət ətrafında sıx birləşməsində mühüm amil oldu. Bu gün fəxrlə deyə bilərik ki, Ulu Öndərin siyasi irsi cənab Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Ata vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan Qarabağı azad edərək xalqımıza unudulmaz Zəfər sevinci yaşatdı və Şuşada müqəddəs bayrağımızı dalğalandırdı..
YAP Nizami rayon təşkilatının Analitik qrupu