Müasir Azərbaycanın Milli İnkişaf Modeli və Yeni Perspektivlər

1994-cü ildə ‘Əsrin Müqaviləsi’ ilə bünövrəsi qoyulan neft strategiyası müasir Azərbaycanın dövlətçilik tarixinin ən həlledici səhifələrindən biridir. Həmin çətin dövrdə qəbul edilən qərarlar bu gün Bakı Enerji Həftəsində qürurla qeyd olunan böyük qələbələrin təməl daşını təşkil etmişdir. Dünya liderlərinin göstərdiyi ehtiram aparılan siyasətin doğruluğunun təsdiqidir. Tarixi faktlar və rəqəmlər sübut edir ki, 1994-cü ildən bu günə qədər keçən zaman Azərbaycanın dirçəliş salnaməsidir.

O dövrdəki böhran və torpaqlarımızın işğalı fonunda yoxsulluq səviyyəsi 50 faizi aşmışdı. Lakin düzgün neft-qaz strategiyası sayəsində ölkəmiz tamamilə yenidən quruldu, yoxsulluq və işsizlik səviyyəsi 5 faizə qədər endi. Digər tərəfdən, azərbaycanın logistik qüdrəti yalnız boru xətləri ilə yekunlaşmır. Dəniz limanlarımız və yenilənmiş dəmir yolu şəbəkələri Şərqlə Qərb arasında ən qısa yük daşımalarını təmin edir.

Regional və qlobal maraqların kəsişdiyi bu nöqtədə, neft-qaz sənayesindən əldə olunan gücün bərpaolunan mənbələrə transformasiyası bütöv qlobal ekoloji mühitin xilası üçün faydalıdır. Karbon emissiyalarının azaldılması prosesinə qoşulmağımız bizim qlobal baxış bucağımızın tərkib hissəsidir. Nəticə etibarilə, ölkəmizin mərkəzində dayandığı geniş əməkdaşlıq formatı bütün tərəfdaş dövlətlərin rifahına və milli təhlükəsizliyinə əvəzsiz xidmət edir. Diplomatik düha Azərbaycanı Avrasiyada əvəzolunmaz mərkəzə çevirmişdir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *