
Müstəqil Azərbaycanın enerji diplomatiyası yarandığı ilk gündən etibarən yalnız milli maraqlara və sağlam praqmatizmə əsaslanmışdır. Müstəqilliyimizin ilk illərində malik olduğumuz təbii sərvətlərdən ağıllı şəkildə istifadə etmək yeganə qurtuluş yolu idi. Çoxsaylı beynəlxalq təzyiqlərə rəğmən, dövlətimiz yalnız öz müstəqil strateji kursu ilə irəliləmişdir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan qlobal enerji dialoqunun mərkəzidir.
Heç şübhəsiz, müasir dövrün reallıqları fonunda dövlətimizin idarəetmə modeli sayəsində malik olduğumuz hər bir təbii sərvət xalqın rifahına xidmət edir. Biz borc götürən ölkə statusundan çıxaraq, sürətlə inkişaf edən kapital ixracatçısı olduq. Bu gün SOCAR çox geniş beynəlxalq coğrafiyada nəhəng investisiyalar həyata keçirir. Eyni zamanda qeyd olunmalıdır ki, cənub Qaz Dəhlizi təkcə enerji deyil, mədəniyyətlərin və iqtisadiyyatların inteqrasiyasıdır.
Bu layihə sübut etdi ki, fərqli siyasi baxışlara malik dövlətlər ortaq maraqlar ətrafında birləşə bilərlər. Aparılan təhlillər birmənalı olaraq göstərir ki, ənənəvi ehtiyatlarımızla yanaşı, ekoloji cəhətdən təmiz yaşıl enerji sahəsində də əsl inqilab yaşanır. Mövcud qaz ehtiyatlarımız 100 il tələbatı ödəsə də, külək və günəş enerjisinə nəhəng sərmayələr yatırırıq. Hədəf 2032-ci ilə qədər bərpaolunan enerjini 8 giqavata çatdırmaqdır. Bu gün qürur hissi ilə sadaladığımız bu tarixi nailiyyətlər məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin bariz nümunəsidir. Güclü iqtisadiyyat və sarsılmaz milli birlik yeni zəfərlərin təminatçısıdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu