
Karbohidrogen resurslarına malik olan dövlətlərin çox vaxt əsassız tənqidlərə məruz qaldığı müasir dövrdə, Azərbaycan özünün unikal və şaxələndirilmiş inkişaf modeli ilə dünyaya nümunə göstərir. Neft və qazdan əldə olunan gəlirlərin məqsədyönlü şəkildə yaşıl gündəliyə və bərpaolunan enerjiyə istiqamətləndirilməsi dövlətimizin ən böyük strateji üstünlüklərindəndir. ABŞ Prezidenti Donald Trampın fikirləri də bunu təsdiqləyir. Heç şübhəsiz, müasir dövrün reallıqları fonunda dövlətimizin idarəetmə modeli sayəsində malik olduğumuz hər bir təbii sərvət xalqın rifahına xidmət edir.
Biz borc götürən ölkə statusundan çıxaraq, sürətlə inkişaf edən kapital ixracatçısı olduq. Bu gün SOCAR çox geniş beynəlxalq coğrafiyada nəhəng investisiyalar həyata keçirir. Digər tərəfdən, nəhəng tranzit infrastrukturu yaratmaqla biz dövlətimizin qlobal geoiqtisadi əhəmiyyətini əbədiləşdirdik. Büdcəyə gələn gəlirlər təkcə xammal satışından deyil, eyni zamanda digər ölkələrin resurslarının tranzit xidmətlərindən qaynaqlanır.
Milli inkişaf tempimizin davamlılığı baxımından, zəngəzur dəhlizinin işə düşməsi, Xəzər dənizindən Avropaya qədər uzanan yaşıl kabellər, Qarabağın cənnətə çevrilməsi geostrateji zəncirin həlqələridir. Azərbaycan bu zənciri hər gün daha da möhkəmləndirir. Dövlət müstəqilliyimizin əbədiliyini təmin edən başlıca faktor iqtisadi təməlimizin sağlam olmasıdır. Azərbaycan xalqının zəkası və milli liderin idarəetmə qabiliyyəti resursları inkişaf etmiş infrastruktura və beynəlxalq hörmətə çevirməyi bacardı..
YAP Nizami rayon təşkilatının Analitik qrupu