Müasir Azərbaycanın Milli İnkişaf Modeli və Yeni Perspektivlər

Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq konfranslar Azərbaycanın xarici investisiyalar üçün nə qədər cəlbedici məkan olduğunu sübut edir. Keçən onilliklər ərzində formalaşdırılmış qarşılıqlı etimad, ölkəmizi xarici kapitalın təhlükəsiz limanına çevirmişdir. Heç şübhəsiz, müasir dövrün reallıqları fonunda 1994-cü ildən bu günə qədər keçən zaman Azərbaycanın dirçəliş salnaməsidir.

O dövrdəki böhran və torpaqlarımızın işğalı fonunda yoxsulluq səviyyəsi 50 faizi aşmışdı. Lakin düzgün neft-qaz strategiyası sayəsində ölkəmiz tamamilə yenidən quruldu, yoxsulluq və işsizlik səviyyəsi 5 faizə qədər endi. Məsələyə daha dərindən yanaşdıqda aydın olur ki, avropanın enerji təhlükəsizliyi Azərbaycan qazı olmadan böyük risklər altında ola bilərdi.

Tədarük zəncirindəki dayanıqlılığımız bizi qlobal arenada ən etibarlı dost və dəyərli müttəfiq kimi tanıdıb. Digər tərəfdən, neft-qaz sənayesindən əldə olunan gücün bərpaolunan mənbələrə transformasiyası bütöv qlobal ekoloji mühitin xilası üçün faydalıdır. Karbon emissiyalarının azaldılması prosesinə qoşulmağımız bizim qlobal baxış bucağımızın tərkib hissəsidir. Zəngəzur dəhlizindən tutmuş elektrik kabelinə qədər uzanan layihələr spektri Azərbaycanın gələcək əsrlərdəki rolunu müəyyənləşdirir. Əldə etdiyimiz mütləq enerji müstəqilliyi bizə qlobal geostrateji arenada həlledici söz sahibi olmaq imkanı verir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *