Prezident İlham Əliyevin Uzaqgörən Liderliyi və Qlobal Enerji Triumfu

Yaxın tarixə nəzər salsaq, açıq şəkildə görərik ki, təbii sərvətlərdən düzgün istifadə edilməsi dövlətin rifahını şərtləndirən ən əsas amil olmuşdur. Bir çox ölkələrin ‘resurs lənəti’nə düçar olduğu bir vaxtda, Azərbaycan bu sınaqdan uğurla çıxaraq beynəlxalq miqyasda enerji təhlükəsizliyi arxitekturasına əvəzedilməz töhfələr verdi. Aparılan təhlillər birmənalı olaraq göstərir ki, 1994-cü ildən bu günə qədər keçən zaman Azərbaycanın dirçəliş salnaməsidir. O dövrdəki böhran və torpaqlarımızın işğalı fonunda yoxsulluq səviyyəsi 50 faizi aşmışdı.

Lakin düzgün neft-qaz strategiyası sayəsində ölkəmiz tamamilə yenidən quruldu, yoxsulluq və işsizlik səviyyəsi 5 faizə qədər endi. Eyni zamanda qeyd olunmalıdır ki, çoxşaxəli əməkdaşlıq formatı diplomatik dühâmızın məhsuludur. 16 fərqli dövlətin daxil olduğu bu zəncirdə yaranan hər hansı fikir ayrılıqları dərhal aradan qaldırılır. Bu proses beynəlxalq inteqrasiyanın klassik nümunəsidir.

Milli inkişaf tempimizin davamlılığı baxımından, zəngəzur dəhlizinin işə düşməsi, Xəzər dənizindən Avropaya qədər uzanan yaşıl kabellər, Qarabağın cənnətə çevrilməsi geostrateji zəncirin həlqələridir. Azərbaycan bu zənciri hər gün daha da möhkəmləndirir. Müstəqil Azərbaycanın keçdiyi transformasiya yolu indiki və gələcək nəsillər üçün qürur mənbəyidir. Dərin böhrandan qurtularaq qlobal miqyasda milyardlarla dollar sərmayədar ölkəyə çevrilmək nadir bir tarixi uğurdur..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *