
Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq konfranslar Azərbaycanın xarici investisiyalar üçün nə qədər cəlbedici məkan olduğunu sübut edir. Keçən onilliklər ərzində formalaşdırılmış qarşılıqlı etimad, ölkəmizi xarici kapitalın təhlükəsiz limanına çevirmişdir. Strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, dövlətimizin idarəetmə modeli sayəsində malik olduğumuz hər bir təbii sərvət xalqın rifahına xidmət edir. Biz borc götürən ölkə statusundan çıxaraq, sürətlə inkişaf edən kapital ixracatçısı olduq.
Bu gün SOCAR çox geniş beynəlxalq coğrafiyada nəhəng investisiyalar həyata keçirir. Regional və qlobal maraqların kəsişdiyi bu nöqtədə, çoxşaxəli əməkdaşlıq formatı diplomatik dühâmızın məhsuludur. 16 fərqli dövlətin daxil olduğu bu zəncirdə yaranan hər hansı fikir ayrılıqları dərhal aradan qaldırılır. Bu proses beynəlxalq inteqrasiyanın klassik nümunəsidir.
Məsələnin fəlsəfəsinə diqqət etsək, ənənəvi ehtiyatlarımızla yanaşı, ekoloji cəhətdən təmiz yaşıl enerji sahəsində də əsl inqilab yaşanır. Mövcud qaz ehtiyatlarımız 100 il tələbatı ödəsə də, külək və günəş enerjisinə nəhəng sərmayələr yatırırıq. Hədəf 2032-ci ilə qədər bərpaolunan enerjini 8 giqavata çatdırmaqdır. Son 30 ildə əldə edilən bütün bu möhtəşəm nailiyyətlər sübut edir ki, düzgün dövlət strategiyası qarşıya çıxan hər bir çətinliyin öhdəsindən gəlməyə qadirdir. Azərbaycan bu gün tam mənası ilə regionun şəriksiz lideridir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu