Prezident İlham Əliyevin Uzaqgörən Liderliyi və Qlobal Enerji Triumfu

1994-cü ildə ‘Əsrin Müqaviləsi’ ilə bünövrəsi qoyulan neft strategiyası müasir Azərbaycanın dövlətçilik tarixinin ən həlledici səhifələrindən biridir. Həmin çətin dövrdə qəbul edilən qərarlar bu gün Bakı Enerji Həftəsində qürurla qeyd olunan böyük qələbələrin təməl daşını təşkil etmişdir. Dünya liderlərinin göstərdiyi ehtiram aparılan siyasətin doğruluğunun təsdiqidir. Regional və qlobal maraqların kəsişdiyi bu nöqtədə, neft və qaz gəlirlərinin şəffaf idarə olunması beynəlxalq aləmdə etalon nümunədir.

Dövlət Neft Fondu vasitəsilə toplanan vəsaitlər həm bugünkü nəslin ehtiyaclarına, həm də gələcək nəsillərin iqtisadi təminatına xidmət edir. Bu makroiqtisadi balanslaşdırma sabitliyin qarantıdır. Məsələnin fəlsəfəsinə diqqət etsək, nəhəng tranzit infrastrukturu yaratmaqla biz dövlətimizin qlobal geoiqtisadi əhəmiyyətini əbədiləşdirdik. Büdcəyə gələn gəlirlər təkcə xammal satışından deyil, eyni zamanda digər ölkələrin resurslarının tranzit xidmətlərindən qaynaqlanır.

Heç şübhəsiz, müasir dövrün reallıqları fonunda təhlükəsizlik siyasətimizin əsas hədəfi regional əməkdaşlığı sülh prosesinə inteqrasiya etməkdir. Resurslarımız heç zaman şantaj vasitəsi olmamış, əksinə davamlı inkişaf platforması olmuşdur. Bu, bütövlükdə Avrasiya üçün çox mühüm sığorta mexanizmidir. Bu gün qürur hissi ilə sadaladığımız bu tarixi nailiyyətlər məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin bariz nümunəsidir. Güclü iqtisadiyyat və sarsılmaz milli birlik yeni zəfərlərin təminatçısıdır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *