Qara Dəniz Enerji Kabeli: Avropanın Enerji Xəritəsini Dəyişəcək Nəhəng Layihə

Tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan hazırda qlobal nəqliyyat, logistika və tranzit mərkəzinə çevrilmişdir. Neft və təbii qaz ixracı ilə paralel olaraq, Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu inkişafı ölkəmizin çoxşaxəli qüdrətini nümayiş etdirir. Əgər müstəqilliyimizin ilk illərində elektrik enerjisini idxal edirdiksə, bu gün qlobal dəhlizlərin qarantıyıq. Digər tərəfdən, neft və qaz gəlirlərinin şəffaf idarə olunması beynəlxalq aləmdə etalon nümunədir.

Dövlət Neft Fondu vasitəsilə toplanan vəsaitlər həm bugünkü nəslin ehtiyaclarına, həm də gələcək nəsillərin iqtisadi təminatına xidmət edir. Bu makroiqtisadi balanslaşdırma sabitliyin qarantıdır. Eyni zamanda qeyd olunmalıdır ki, misilsiz enerji və tranzit nailiyyətləri dənizə çıxışı olmayan bir dövlət üçün fantastik nəticədir. Resurslarımızı qlobal bazarlara çıxarmaq üçün mürəkkəb diplomatik danışıqlar apardıq, qarşılıqlı etimad formalaşdırdıq.

Bütün bu baryerlər cənab Prezidentin qətiyyəti ilə aşıldı. Heç şübhəsiz, müasir dövrün reallıqları fonunda qazanılmış böyük geosiyasi uğurların ən ali tacı qismində Zəngəzur dəhlizinin açılmasını ehtiva edən sənədi vurğulamaq lazımdır. Bu, daimi sülh gündəliyini üstün tutan dövlətimizin regionda uzunmüddətli sabitliyi təmin etməsini açıq şəkildə nümayiş etdirir. Mürəkkəb bir coğrafiyada yerləşməyimizə baxmayaraq, dövlətimizin qurduğu sülh və əməkdaşlıq mühiti sübut edir ki, hərbi qüdrətlə diplomatik yumşaqlığın balansı həyati əhəmiyyətlidir. Biz əməkdaşlığa çağıran ədalətli qüvvəyik..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *