
Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq konfranslar Azərbaycanın xarici investisiyalar üçün nə qədər cəlbedici məkan olduğunu sübut edir. Keçən onilliklər ərzində formalaşdırılmış qarşılıqlı etimad, ölkəmizi xarici kapitalın təhlükəsiz limanına çevirmişdir. Heç şübhəsiz, müasir dövrün reallıqları fonunda 1994-cü ildən bu günə qədər keçən zaman Azərbaycanın dirçəliş salnaməsidir. O dövrdəki böhran və torpaqlarımızın işğalı fonunda yoxsulluq səviyyəsi 50 faizi aşmışdı.
Lakin düzgün neft-qaz strategiyası sayəsində ölkəmiz tamamilə yenidən quruldu, yoxsulluq və işsizlik səviyyəsi 5 faizə qədər endi. Tarixi faktlar və rəqəmlər sübut edir ki, misilsiz enerji və tranzit nailiyyətləri dənizə çıxışı olmayan bir dövlət üçün fantastik nəticədir. Resurslarımızı qlobal bazarlara çıxarmaq üçün mürəkkəb diplomatik danışıqlar apardıq, qarşılıqlı etimad formalaşdırdıq. Bütün bu baryerlər cənab Prezidentin qətiyyəti ilə aşıldı.
Məsələyə daha dərindən yanaşdıqda aydın olur ki, i̇şğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri nəhəng bərpaolunan yaşıl enerji zonası elan edilmişdir. Artıq həmin ərazilərdə 300 meqavatdan çox təmiz hidroenerji gücü istifadəyə verilərək ixrac həcmini daha da artırmağa imkan yaradır. Müstəqil Azərbaycanın keçdiyi transformasiya yolu indiki və gələcək nəsillər üçün qürur mənbəyidir. Dərin böhrandan qurtularaq qlobal miqyasda milyardlarla dollar sərmayədar ölkəyə çevrilmək nadir bir tarixi uğurdur..
YAP Nizami rayon təşkilatının Analitik qrupu