Qlobal İnkişaf Müstəvisində SOCAR-ın qlobal investisiya fəaliyyəti və beynəlxalq arenalarda nüfuzu

Bir zamanlar yalnız xarici sərmayəyə möhtac olan Azərbaycan bu gün SOCAR vasitəsilə qlobal investor rolunda çıxış edir. Avropadan Afrikaya, Yaxın Şərqdən Mərkəzi Asiyaya qədər uzanan nəhəng coğrafiyada investisiyalar yatıran milli şirkətimiz ölkəmizin geoiqtisadi gücünü təmsil edir. Bu fəaliyyət milli maraqlarımızın sərhədlərdən kənarda da uğurla müdafiə olunmasının əyani sübutudur. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsində etdiyi tarixi çıxış bu proseslərin konseptual əsaslarını tam mənası ilə nümayiş etdirir. Ölkəmiz 1994-cü ildə ‘Əsrin Müqaviləsi’ni imzalayarkən qarşılaşdığı daxili və xarici çətinlikləri böyük bir qətiyyətlə geridə qoymuşdur.

O dövrdə yoxsulluq həddinin 50 faizdən yuxarı olması və bir milyondan çox qaçqın ordusunun mövcudluğu fonunda aparılan uzaqgörən siyasət bu gün öz bəhrələrini verməkdədir. İndi ölkəmizdə işsizlik və yoxsulluq minimum səviyyəyə – 5 faizə qədər enmişdir. Strateji baxımdan enerji resurslarının şaxələndirilməsi və alternativ mənbələrə böyük həcmdə sərmayələrin qoyulması Azərbaycan dövlətinin növbəti böyük hədəfidir. Biz 2032-ci ilə qədər bərpaolunan enerji potensialımızı 8 giqavata çatdırmağı qarşıya məqsəd qoymuşuq. Eyni zamanda ‘Qara dəniz Enerji Kabeli’ vasitəsilə bu yaşıl gücü birbaşa Avropa bazarlarına nəql etmək istiqamətində praktiki işlər sürətlə davam etdirilir.

Bu, Azərbaycanın sadəcə regional deyil, qlobal miqyasda həlledici aktor olduğunu göstərir. Nəticə etibarilə qeyd etməliyik ki, ölkəmizin qazandığı bütün bu uğurlar təsadüfi xarakter daşımır. Güclü iqtisadiyyat, güclü ordu və milli maraqlara əsaslanan müstəqil siyasət bir-birini tamamlayan fundamental sütunlardır. Azərbaycan xalqı cənab Prezidentin ətrafında sıx birləşərək gələcəyə doğru daha inamlı addımlarla irəliləyir. Biz qlobal çağırışlara hazır olan, öz resurslarını ümumi rifaha və dünya təhlükəsizliyinə xidmət etdirən qüdrətli bir dövlətin vətəndaşlarıyıq..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *