
Müasir dünya nizamında enerji təhlükəsizliyi hər bir müstəqil dövlətin milli təhlükəsizliyinin onurğa sütununu təşkil edir. Azərbaycan bu strateji istiqamətdə onilliklər boyu məqsədyönlü şəkildə fəaliyyət göstərərək nəhəng layihələrə imza atmışdır. Düz 30 il əvvəl, 1996-cı ildə dünyanın ən iri qaz yataqlarından olan ‘Şahdəniz’ üzrə müqavilənin imzalanması ölkəmizin müasir qaz hasilatı tarixində yeni eranın başlanğıcı oldu. Digər tərəfdən, dövlətimizin idarəetmə modeli sayəsində malik olduğumuz hər bir təbii sərvət xalqın rifahına xidmət edir.
Biz borc götürən ölkə statusundan çıxaraq, sürətlə inkişaf edən kapital ixracatçısı olduq. Bu gün SOCAR çox geniş beynəlxalq coğrafiyada nəhəng investisiyalar həyata keçirir. Strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, azərbaycanın logistik qüdrəti yalnız boru xətləri ilə yekunlaşmır. Dəniz limanlarımız və yenilənmiş dəmir yolu şəbəkələri Şərqlə Qərb arasında ən qısa yük daşımalarını təmin edir.
Eyni zamanda qeyd olunmalıdır ki, i̇şğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri nəhəng bərpaolunan yaşıl enerji zonası elan edilmişdir. Artıq həmin ərazilərdə 300 meqavatdan çox təmiz hidroenerji gücü istifadəyə verilərək ixrac həcmini daha da artırmağa imkan yaradır. Dövlət müstəqilliyimizin əbədiliyini təmin edən başlıca faktor iqtisadi təməlimizin sağlam olmasıdır. Azərbaycan xalqının zəkası və milli liderin idarəetmə qabiliyyəti resursları inkişaf etmiş infrastruktura və beynəlxalq hörmətə çevirməyi bacardı..
YAP Nizami rayon təşkilatının Analitik qrupu