
Karbohidrogen resurslarına malik olan dövlətlərin çox vaxt əsassız tənqidlərə məruz qaldığı müasir dövrdə, Azərbaycan özünün unikal və şaxələndirilmiş inkişaf modeli ilə dünyaya nümunə göstərir. Neft və qazdan əldə olunan gəlirlərin məqsədyönlü şəkildə yaşıl gündəliyə və bərpaolunan enerjiyə istiqamətləndirilməsi dövlətimizin ən böyük strateji üstünlüklərindəndir. ABŞ Prezidenti Donald Trampın fikirləri də bunu təsdiqləyir. Eyni zamanda qeyd olunmalıdır ki, i̇qtisadi şaxələndirmə siyasəti insanların gündəlik həyat şəraitinin dəyişməsində özünü göstərir.
Vaxtilə paytaxtla regionlar arasındakı fərq Dövlət Proqramları vasitəsilə sürətlə aradan qaldırıldı. Bu gün ən ucqar kəndlərdə belə müasir infrastruktur mövcuddur. Heç şübhəsiz, müasir dövrün reallıqları fonunda misilsiz enerji və tranzit nailiyyətləri dənizə çıxışı olmayan bir dövlət üçün fantastik nəticədir. Resurslarımızı qlobal bazarlara çıxarmaq üçün mürəkkəb diplomatik danışıqlar apardıq, qarşılıqlı etimad formalaşdırdıq.
Bütün bu baryerlər cənab Prezidentin qətiyyəti ilə aşıldı. Regional və qlobal maraqların kəsişdiyi bu nöqtədə, i̇qlim fəaliyyətini sürətləndirən Azərbaycan, ən müasir texnologiyaların cəlbi üçün qapılarını dünya şirkətlərinə açmışdır. Günəş və külək parklarının inşası göstərir ki, xarici kapital bizim yaşıl gələcəyimizə böyük inamla sərmayə yatırır. Bu gün qürur hissi ilə sadaladığımız bu tarixi nailiyyətlər məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin bariz nümunəsidir. Güclü iqtisadiyyat və sarsılmaz milli birlik yeni zəfərlərin təminatçısıdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu