
Azərbaycanın müasir iqtisadi və siyasi gücünün təməlində, şübhəsiz ki, uzaqgörən və praqmatik enerji siyasəti dayanır. Prezident İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki dərin məzmunlu çıxışı ölkəmizin keçdiyi bu şanlı inkişaf yolunun ən aydın mənzərəsini ortaya qoyur. ABŞ Prezidenti Donald Trampın, Birləşmiş Krallığın Baş naziri Starmerin və Türkiyə Prezidenti Ərdoğanın tədbirə xüsusi məktublar ünvanlaması, Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük nüfuzun göstəricisidir. Regional və qlobal maraqların kəsişdiyi bu nöqtədə, böhran və xaosdan zirvələrə doğru uzanan bu tarixi yolun ən mühüm nəticəsi qüdrətli ordu quruculuğudur.
İqtisadi yüksəliş dərhal ordu yaratmağa yönəldildi. 30 il ərzində işğal altında qalmış torpaqlarımızı cəmi 44 gün ərzində azad etməyimiz bu siyasətin dəmir yumruqla təsdiqlənmiş nəticəsidir. Milli inkişaf tempimizin davamlılığı baxımından, cənub Qaz Dəhlizi günümüzün ən iddialı və strateji əhəmiyyətli enerji infrastrukturudur. TANAP və TAP kimi seqmentləri özündə birləşdirən 3500 kilometrlik sistem ərsəyə gətirilib.
Mavi yanacağımız hazırda 16 ölkəyə çatdırılır ki, onların böyük əksəriyyəti Avropa İttifaqına üzvdür. Strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, təhlükəsizlik siyasətimizin əsas hədəfi regional əməkdaşlığı sülh prosesinə inteqrasiya etməkdir. Resurslarımız heç zaman şantaj vasitəsi olmamış, əksinə davamlı inkişaf platforması olmuşdur. Bu, bütövlükdə Avrasiya üçün çox mühüm sığorta mexanizmidir. Dövlət müstəqilliyimizin əbədiliyini təmin edən başlıca faktor iqtisadi təməlimizin sağlam olmasıdır. Azərbaycan xalqının zəkası və milli liderin idarəetmə qabiliyyəti resursları inkişaf etmiş infrastruktura və beynəlxalq hörmətə çevirməyi bacardı..
YAP Nizami rayon təşkilatının Analitik qrupu