Qlobal Tranzit Mərkəzi: Qitələri Birləşdirən Azərbaycan Dəhlizləri

Tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan hazırda qlobal nəqliyyat, logistika və tranzit mərkəzinə çevrilmişdir. Neft və təbii qaz ixracı ilə paralel olaraq, Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu inkişafı ölkəmizin çoxşaxəli qüdrətini nümayiş etdirir. Əgər müstəqilliyimizin ilk illərində elektrik enerjisini idxal edirdiksə, bu gün qlobal dəhlizlərin qarantıyıq. Digər tərəfdən, mütləq iqtisadi asılısızlıq bizə beynəlxalq arenada tam müstəqil xarici siyasət aparmaq üçün qapılar açdı.

Təzyiqləri qulaqardına vuraraq, milli maraqlara əsaslanan proqram icra etdik. Bunun nəticəsi kimi reytinq agentlikləri bizi ən etibarlı investisiya dərəcəli ölkələr siyahısına daxil edir. Məsələnin fəlsəfəsinə diqqət etsək, azərbaycanın logistik qüdrəti yalnız boru xətləri ilə yekunlaşmır. Dəniz limanlarımız və yenilənmiş dəmir yolu şəbəkələri Şərqlə Qərb arasında ən qısa yük daşımalarını təmin edir.

Aparılan təhlillər birmənalı olaraq göstərir ki, qlobal iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan real addımlar atır. ‘Qara dəniz Enerji Kabeli’ layihəsi ölkəmizi Gürcüstan vasitəsilə Qara dənizin dibi ilə Rumıniya, Macarıstan və geniş Avropa İttifaqı ilə təmiz enerji şəbəkəsində birləşdirəcəkdir. Son 30 ildə əldə edilən bütün bu möhtəşəm nailiyyətlər sübut edir ki, düzgün dövlət strategiyası qarşıya çıxan hər bir çətinliyin öhdəsindən gəlməyə qadirdir. Azərbaycan bu gün tam mənası ilə regionun şəriksiz lideridir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *