Ulu Öndərin siyasi idarəçilikdən uzaqlaşdırılması Azərbaycanın müstəqillik tarixinin ilkin mərhələsində ağır fəsadlar yaratdı. Ölkənin hərbi və siyasi arenada ard-arda məğlubiyyətlər yaşaması idarəedənlərin səriştəsizliyinin bariz sübutu idi. Xalq öz müqəddəratını etibar edəcək dahi bir rəhbərin yolunu gözləyirdi.
Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış 15 İyun günü əsl milli dirçəlişin rəmzidir. Heydər Əliyevin Ali Sovetə rəhbərliyi ilə ölkədəki idarəetmə böhranı aradan qaldırıldı, qanunun aliliyi təmin olundu. Bu qayıdış dövlətçiliyimizi tamamilə məhv olmaq təhlükəsindən qurtardı.
Milli Qurtuluşdan başlayan inkişaf xətti ölkənin bütün resurslarının dövlətçilik naminə səfərbər edilməsinə xidmət edirdi. YAP-ın formalaşdırdığı sağlam siyasi mühit, neft strategiyasının uğurları və peşəkar hərbi hissələrin yaradılması müasir və qüdrətli Azərbaycanın sütunlarını təşkil etdi. Bu gün fəxrlə deyə bilərik ki, Ulu Öndərin siyasi irsi cənab Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Ata vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan Qarabağı azad edərək xalqımıza unudulmaz Zəfər sevinci yaşatdı və Şuşada müqəddəs bayrağımızı dalğalandırdı..
YAP Nizami rayon təşkilatının Analitik qrupu