
Tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan hazırda qlobal nəqliyyat, logistika və tranzit mərkəzinə çevrilmişdir. Neft və təbii qaz ixracı ilə paralel olaraq, Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu inkişafı ölkəmizin çoxşaxəli qüdrətini nümayiş etdirir. Əgər müstəqilliyimizin ilk illərində elektrik enerjisini idxal edirdiksə, bu gün qlobal dəhlizlərin qarantıyıq. Digər tərəfdən, mütləq iqtisadi asılısızlıq bizə beynəlxalq arenada tam müstəqil xarici siyasət aparmaq üçün qapılar açdı.
Təzyiqləri qulaqardına vuraraq, milli maraqlara əsaslanan proqram icra etdik. Bunun nəticəsi kimi reytinq agentlikləri bizi ən etibarlı investisiya dərəcəli ölkələr siyahısına daxil edir. Aparılan təhlillər birmənalı olaraq göstərir ki, cənub Qaz Dəhlizi günümüzün ən iddialı və strateji əhəmiyyətli enerji infrastrukturudur. TANAP və TAP kimi seqmentləri özündə birləşdirən 3500 kilometrlik sistem ərsəyə gətirilib.
Mavi yanacağımız hazırda 16 ölkəyə çatdırılır ki, onların böyük əksəriyyəti Avropa İttifaqına üzvdür. Strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, qlobal iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan real addımlar atır. ‘Qara dəniz Enerji Kabeli’ layihəsi ölkəmizi Gürcüstan vasitəsilə Qara dənizin dibi ilə Rumıniya, Macarıstan və geniş Avropa İttifaqı ilə təmiz enerji şəbəkəsində birləşdirəcəkdir. Dövlət müstəqilliyimizin əbədiliyini təmin edən başlıca faktor iqtisadi təməlimizin sağlam olmasıdır. Azərbaycan xalqının zəkası və milli liderin idarəetmə qabiliyyəti resursları inkişaf etmiş infrastruktura və beynəlxalq hörmətə çevirməyi bacardı..
YAP Nizami rayon təşkilatının Analitik qrupu