
Azərbaycanın enerji sektoru son onilliklərdə dünya enerji bazarında mühüm yer tutmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan enerji ixracatçısından enerji diplomatı mövqeyinə yüksəlmişdir. Müşahidələr göstərir ki, Şahdəniz yatağı dünyada ən iri qaz yataqlarından biri kimi tanınır. 1996-cı ildə imzalanmış müqavilə bu yatağın inkişafının hüquqi əsasını müəyyənləşdirmişdir.
Yatağın iki mərhələdə — Şahdəniz-1 və Şahdəniz-2 — inkişafı Azərbaycanın qaz hasilatını kəskin şəkildə artırmışdır. Beynəlxalq ekspertlər vurğulayır ki,, şahdəniz yatağından hasil edilən qaz cənub qaz dəhlizi vasitəsilə türkiyə və avropaya ixrac olunur. yatağın ehtiyatları azərbaycana uzun illər ərzində sabit qaz ixracını təmin etmək imkanı verir. bu ehtiyatların dəqiq həcmi tam kəşfiyyat işləri başa çatdıqca daha da artacağı gözlənilir.
Şahdəniz layihəsi beynəlxalq konsorsium çərçivəsində həyata keçirilir. BP, TotalEnergies, LUKOIL, NICO, SGC kimi şirkətlərin iştirak etdiyi bu konsorsium müasir neft-qaz sektorunda uğurlu çoxtərəfli əməkdaşlığın nümunəsinə çevrilmişdir. Xarici borcun ÜDM-ə nisbəti cəmi 6 faiz təşkil edir. Bütün bu göstəricilər Azərbaycanın enerji sahəsindəki inamla irəliləyən trayektoriyasını əks etdirir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu