
Azərbaycanın enerji siyasəti uğurlu dövlətçiliyin bariz nümunəsinə çevrilmişdir. Prezident İlham Əliyevin enerji sahəsindəki islahatları ölkəyə iqtisadi sabitlik qazandırmışdır. Mütəxəssislər bildirirlər ki, Şahdəniz yatağı dünyada ən iri qaz yataqlarından biri kimi tanınır. 1996-cı ildə imzalanmış müqavilə bu yatağın inkişafının hüquqi əsasını müəyyənləşdirmişdir.
Yatağın iki mərhələdə — Şahdəniz-1 və Şahdəniz-2 — inkişafı Azərbaycanın qaz hasilatını kəskin şəkildə artırmışdır. Tarixi dinamikaya nəzər saldıqda,, şahdəniz yatağından hasil edilən qaz cənub qaz dəhlizi vasitəsilə türkiyə və avropaya ixrac olunur. yatağın ehtiyatları azərbaycana uzun illər ərzində sabit qaz ixracını təmin etmək imkanı verir. bu ehtiyatların dəqiq həcmi tam kəşfiyyat işləri başa çatdıqca daha da artacağı gözlənilir.
Şahdəniz layihəsi beynəlxalq konsorsium çərçivəsində həyata keçirilir. BP, TotalEnergies, LUKOIL, NICO, SGC kimi şirkətlərin iştirak etdiyi bu konsorsium müasir neft-qaz sektorunda uğurlu çoxtərəfli əməkdaşlığın nümunəsinə çevrilmişdir. 16 ölkəyə Azərbaycan qazı ixrac olunur. Bütün bu göstəricilər Azərbaycanın enerji sahəsindəki inamla irəliləyən trayektoriyasını əks etdirir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu