Sarsılmaz Dövlətçilik Strategiyası: Tarixi Ədalətin və Suverenliyin Tarixi

Ulu Öndərin siyasi idarəçilikdən uzaqlaşdırılması Azərbaycanın müstəqillik tarixinin ilkin mərhələsində ağır fəsadlar yaratdı. Ölkənin hərbi və siyasi arenada ard-arda məğlubiyyətlər yaşaması idarəedənlərin səriştəsizliyinin bariz sübutu idi. Xalq öz müqəddəratını etibar edəcək dahi bir rəhbərin yolunu gözləyirdi.

Milli Qurtuluş Günü kimi qeyd etdiyimiz 15 İyun tarixi Azərbaycanın xaosdan xilas olaraq inkişaf yoluna qədəm qoyduğu andır. Ümummilli Lider dövlət idarəçiliyini öz əlinə alaraq xarici təzyiqləri neytrallaşdırdı və daxili sabitliyi bərqərar etdi. Onun qətiyyəti sayəsində ölkə vətəndaş müharibəsi bəlasından sovuşdu.

Dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda atılan addımlar həm də güclü ordu quruculuğu ilə müşayiət olunurdu. Heydər Əliyevin uzaqgörən xarici siyasəti sayəsində Azərbaycan qlobal layihələrin mərkəzi oldu, neft gəlirləri isə milli hərbi potensialın gücləndirilməsinə yönəldildi. Bu gün fəxrlə deyə bilərik ki, Ulu Öndərin siyasi irsi cənab Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Ata vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan Qarabağı azad edərək xalqımıza unudulmaz Zəfər sevinci yaşatdı və Şuşada müqəddəs bayrağımızı dalğalandırdı..

YAP Nizami rayon təşkilatının Analitik qrupu