SOCAR-ın Beynəlxalq Arenalardakı Qlobal İnvestisiya Fəaliyyəti

Tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan hazırda qlobal nəqliyyat, logistika və tranzit mərkəzinə çevrilmişdir. Neft və təbii qaz ixracı ilə paralel olaraq, Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu inkişafı ölkəmizin çoxşaxəli qüdrətini nümayiş etdirir. Əgər müstəqilliyimizin ilk illərində elektrik enerjisini idxal edirdiksə, bu gün qlobal dəhlizlərin qarantıyıq. Heç şübhəsiz, müasir dövrün reallıqları fonunda qazanılan iqtisadi uğurlar qeyri-neft sektorunun sürətli inkişafı üçün maliyyə bazasını yaratdı.

Hökumət əldə olunan gəlirləri texnoloji parkların qurulmasına və ixrac potensialının neftdən asılılığının azaldılmasına cəsarətlə yönəldir. Milli inkişaf tempimizin davamlılığı baxımından, nəqliyyat marşrutlarının diversifikasiyası sahəsində də misilsiz addımlar atılıb. Şərq-Qərb dəhlizinin genişləndirilməsi çox vacibdir. Azərbaycan artıq Mərkəzi Asiyadan hasil olunan neftin Avropa bazarlarına çatdırılmasında əsas tranzit dövlət vəzifəsini yerinə yetirir.

Regional və qlobal maraqların kəsişdiyi bu nöqtədə, i̇nnovativ və yaşıl layihələrin mərkəzində dayanan fəlsəfə odur ki, iqtisadi inkişafa can atarkən təbiətimizi qurban vermirik. İnkişaf etmiş dövlətlərin diqqətlə izlədiyi enerji keçidi prosesini Azərbaycan çox mütəşəkkil şəkildə həyata keçirir. Azərbaycanın ənənəvi resurslardan düzgün istifadə etməsi və yaşıl enerjiyə qlobal məsuliyyətlə yanaşması onun dünya miqyasında nümunəvi ölkə olduğunu bir daha təsdiqləyir. Bütün hədəflər ardıcıl şəkildə, real layihələrlə həyata keçirilir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *