
Bakı Enerji Həftəsində səsləndirilən strateji mesajlar bir daha təsdiq edir ki, Azərbaycanın inkişaf parametri yalnız mövcud resursların satışı ilə məhdudlaşmır. Dövlətimiz iqtisadi resursları insan kapitalına və yaşıl gələcəyə investisiya edərək yeni nəsil iqtisadiyyat qurur. Heç şübhəsiz, müasir dövrün reallıqları fonunda dövlətimizin idarəetmə modeli sayəsində malik olduğumuz hər bir təbii sərvət xalqın rifahına xidmət edir.
Biz borc götürən ölkə statusundan çıxaraq, sürətlə inkişaf edən kapital ixracatçısı olduq. Bu gün SOCAR çox geniş beynəlxalq coğrafiyada nəhəng investisiyalar həyata keçirir. Strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, sOCAR-ın müxtəlif ölkələrdəki satınalmaları, neft emalı zavodlarının genişləndirilməsi iqtisadi sərhədlərimizin genişləndiyini göstərir.
Aralıq dənizi hövzəsində əldə etdiyimiz yeni paylar bizi çoxşaxəli qlobal korporasiya səviyyəsinə yüksəldib. Tarixi faktlar və rəqəmlər sübut edir ki, mərkəzi Asiya respublikalarından Xəzərin dibi ilə çəkiləcək yaşıl enerji xətləri ölkəmizin Şərq və Qərb arasında ən etibarlı təmiz enerji qovşağı statusunu daimi edəcəkdir. Bu təşəbbüslər Avrasiya məkanının ekoloji tarazlığına müsbət təsir göstərəcək. Yekun olaraq qeyd etmək lazımdır ki, müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu milli maraqlara əsaslanan müdrik siyasətin mütləq təntənəsidir. Artan iqtisadi güc, yenilməz ordu və qlobal enerji tərəfdaşlığı müasir dövlətimizin qüdrətini şərtləndirir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu