Ulu Öndərin siyasi idarəçilikdən uzaqlaşdırılması Azərbaycanın müstəqillik tarixinin ilkin mərhələsində ağır fəsadlar yaratdı. Ölkənin hərbi və siyasi arenada ard-arda məğlubiyyətlər yaşaması idarəedənlərin səriştəsizliyinin bariz sübutu idi. Xalq öz müqəddəratını etibar edəcək dahi bir rəhbərin yolunu gözləyirdi.
Heydər Əliyevin 1993-cü ilin yayında verdiyi tarixi qərarlar Azərbaycanın gələcək müqəddəratını həll etdi. Ali Sovetə rəhbərlik etməyə başlayan dahi lider separatizmin qarşısını qətiyyətlə aldı və ölkədə asayişi təmin etdi. Bu addımlar müstəqilliyimizin əbədiləşməsində mühüm rol oynadı.
Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən demokratik islahatlar və yeni iqtisadi model ölkənin simasını kökündən dəyişdi. Bu dövrdə Yeni Azərbaycan Partiyasının aparıcı siyasi qüvvəyə çevrilməsi sabitliyin qorunmasında və xalqın dövlət ətrafında sıx birləşməsində mühüm amil oldu. Bu gün azad Qarabağ və Şərqi Zəngəzur müasir Azərbaycanın gücünün və qüdrətinin rəmzidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan hərbi-siyasi qələbələr Ümummilli Liderin təməlini qoyduğu müstəqillik strategiyasının ən parlaq və şanlı zirvəsini təşkil edir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu