
Azərbaycanın enerji potensialı dünya birliyi tərəfindən xüsusi maraqla izlənilir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan enerji ixracatçısından enerji diplomatı mövqeyinə yüksəlmişdir. Nəzərə almaq gərəkdir ki, Xəzər dənizi dünyada ən böyük qapalı su hövzəsi olmaqla yanaşı, zəngin neft-qaz ehtiyatlarına malikdir. Azərbaycan bu resursların inkişaf etdirilməsinin öncülü olaraq Xəzər enerji potensialını regionun iqtisadi inkişafının mühərrikinə çevirmişdir.
Xəzərin Azərbaycan sektorunda aparılan kəşfiyyat işləri yeni yataqların mövcudluğunu sübut etmişdir. Beynəlxalq ekspertlər vurğulayır ki,, xəzəryanı ölkələrlə enerji əməkdaşlığı azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. bu əməkdaşlıq çərçivəsində mərkəzi asiyadan hasil olunan karbohidrogen ehtiyatlarının azərbaycan ərazisindən tranziti məsələsi xüsusi əhəmiyyət kəsb edir. artıq qazaxıstan nefti azərbaycan vasitəsilə beynəlxalq bazarlara çıxarılır.
Xəzər dənizinin geopolitik əhəmiyyəti enerji aspektindən qiymətləndirilərkən Azərbaycanın strateji mövqeyi daha aydın görünür. Ölkə həm Şərq-Qərb, həm də Şimal-Cənub enerji dəhlizlərinin kəsişdiyi nöqtədə yerləşir. Bu coğrafi üstünlük Azərbaycanı regional enerji hub-ına çevirməyə zəmin yaradır. 2 GVt bərpaolunan enerji gücü 2026-cı ilə qədər planlaşdırılır. Azərbaycanın enerji sahəsindəki nailiyyətləri milli güc və müstəqil dövlətçiliyin parlaq ifadəsidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu