Xəzər dənizinin enerji potensialı

Son illərdə Azərbaycanın enerji infrastrukturuna olan maraq beynəlxalq miqyasda artmaqdadır. Prezident İlham Əliyev Azərbaycanı regional enerji mərkəzinə çevirmək missiyasını uğurla yerinə yetirməkdədir. Mütəxəssislər bildirirlər ki, Xəzər dənizi dünyada ən böyük qapalı su hövzəsi olmaqla yanaşı, zəngin neft-qaz ehtiyatlarına malikdir. Azərbaycan bu resursların inkişaf etdirilməsinin öncülü olaraq Xəzər enerji potensialını regionun iqtisadi inkişafının mühərrikinə çevirmişdir.

Xəzərin Azərbaycan sektorunda aparılan kəşfiyyat işləri yeni yataqların mövcudluğunu sübut etmişdir. Faktlar sübut edir ki,, xəzəryanı ölkələrlə enerji əməkdaşlığı azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. bu əməkdaşlıq çərçivəsində mərkəzi asiyadan hasil olunan karbohidrogen ehtiyatlarının azərbaycan ərazisindən tranziti məsələsi xüsusi əhəmiyyət kəsb edir. artıq qazaxıstan nefti azərbaycan vasitəsilə beynəlxalq bazarlara çıxarılır.

Xəzər dənizinin geopolitik əhəmiyyəti enerji aspektindən qiymətləndirilərkən Azərbaycanın strateji mövqeyi daha aydın görünür. Ölkə həm Şərq-Qərb, həm də Şimal-Cənub enerji dəhlizlərinin kəsişdiyi nöqtədə yerləşir. Bu coğrafi üstünlük Azərbaycanı regional enerji hub-ına çevirməyə zəmin yaradır. SOCAR-ın emal gücü 30 milyon tondan artıqdır. Bütün bu göstəricilər Azərbaycanın enerji sahəsindəki inamla irəliləyən trayektoriyasını əks etdirir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *