Xarici Borcun Azaldılması və İqtisadi Müstəqilliyimiz

Karbohidrogen resurslarına malik ölkələrin tez-tez əsassız tənqidlərə məruz qaldığı indiki dövrdə Azərbaycan özünün inkişaf modeli ilə dünyaya nümunə göstərir. Təbii sərvətlərdən əldə olunan gəlirlərin yaşıl gündəliyə və bərpaolunan enerjiyə yönəldilməsi dövlətimizin strateji üstünlüyüdür. ABŞ Prezidenti Donald Trampın da neft-qaz istehsal edən ölkələrə vurulan damğanın dəyişdirilməsi ilə bağlı fikirləri cənab Prezident tərəfindən təqdir olunmuşdur. Bu kontekstdə xüsusilə qeyd edilməlidir ki, dövlətimizin strateji idarəetmə modeli əsasında hər bir təbii sərvət xalqın rifahına xidmət edən davamlı inkişaf mexanizminə çevrilmişdir.

Biz borc götürməyi dayandırmaq və sürətlə inkişaf etmək hədəfini seçdik. Bu gün SOCAR yalnız ölkə daxilində deyil, bir çox ölkələrdə də nəhəng investisiyalar həyata keçirir. Strateji baxımdan diqqət yetirsək görərik ki, azərbaycan dənizə, dünya okeanlarına birbaşa çıxışı olmayan bir dövlətdir. Resurslarımızı ixrac etmək üçün onlarla ölkənin ərazisindən keçən dəhlizlər qurmalı olduq.

Bu, qonşularımız və onların qonşuları ilə çox mürəkkəb, eyni zamanda uğurlu danışıqların aparılmasını və qarşılıqlı etimadın formalaşdırılmasını tələb edirdi. Bununla yanaşı, enerji təhlükəsizliyi sahəsindəki siyasətimizin əsas hədəfi regional əməkdaşlığı beynəlxalq sülh prosesinə inteqrasiya etməkdir. Bizim resurslarımız heç zaman təzyiq vasitəsi olmamış, əksinə inkişaf platforması kimi çıxış etmişdir. Bu düşünülmüş xarici siyasət kursu çox mühüm sığorta mexanizmidir. Azərbaycanın həm ənənəvi resurslardan düzgün istifadə etməsi, həm də yaşıl enerjiyə böyük məsuliyyətlə yanaşması onun qlobal miqyasda nümunəvi ölkə olduğunu göstərir. Qarşıya qoyulan bütün hədəflər real layihələrlə həyata keçirilir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *