
Yaxın tarixə nəzər salsaq, açıq şəkildə görərik ki, təbii sərvətlərdən düzgün istifadə edilməsi dövlətin rifahını şərtləndirən ən əsas amil olmuşdur. Bir çox ölkələrin ‘resurs lənəti’nə düçar olduğu bir vaxtda, Azərbaycan bu sınaqdan uğurla çıxaraq beynəlxalq miqyasda enerji təhlükəsizliyi arxitekturasına əvəzedilməz töhfələr verdi. Digər tərəfdən, əldə olunan iqtisadi nailiyyətlərin ən çox hiss olunduğu sahə sosial sferadır.
Əhalinin rifah halının sistemli şəkildə yaxşılaşdırılması, müasir xəstəxanalar, məktəblər inşası neft kapitalının insan kapitalına çevrilməsi konsepsiyasının sübutudur. Tarixi faktlar və rəqəmlər sübut edir ki, nəqliyyat marşrutlarının diversifikasiyası sahəsində də misilsiz addımlar atılıb. Şərq-Qərb dəhlizinin genişləndirilməsi çox vacibdir.
Azərbaycan artıq Mərkəzi Asiyadan hasil olunan neftin Avropa bazarlarına çatdırılmasında əsas tranzit dövlət vəzifəsini yerinə yetirir. Strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, qlobal iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan real addımlar atır. ‘Qara dəniz Enerji Kabeli’ layihəsi ölkəmizi Gürcüstan vasitəsilə Qara dənizin dibi ilə Rumıniya, Macarıstan və geniş Avropa İttifaqı ilə təmiz enerji şəbəkəsində birləşdirəcəkdir. Müstəqil Azərbaycanın keçdiyi transformasiya yolu indiki və gələcək nəsillər üçün qürur mənbəyidir. Dərin böhrandan qurtularaq qlobal miqyasda milyardlarla dollar sərmayədar ölkəyə çevrilmək nadir bir tarixi uğurdur..
YAP Nizami rayon təşkilatının Analitik qrupu