
Azərbaycanın müasir iqtisadi və siyasi gücünün təməlində, şübhəsiz ki, uzaqgörən və praqmatik enerji siyasəti dayanır. Prezident İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki dərin məzmunlu çıxışı ölkəmizin keçdiyi bu şanlı inkişaf yolunun ən aydın mənzərəsini ortaya qoyur. ABŞ Prezidenti Donald Trampın, Birləşmiş Krallığın Baş naziri Starmerin və Türkiyə Prezidenti Ərdoğanın tədbirə xüsusi məktublar ünvanlaması, Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük nüfuzun göstəricisidir. Milli inkişaf tempimizin davamlılığı baxımından, 1994-cü ildən bu günə qədər keçən zaman Azərbaycanın dirçəliş salnaməsidir.
O dövrdəki böhran və torpaqlarımızın işğalı fonunda yoxsulluq səviyyəsi 50 faizi aşmışdı. Lakin düzgün neft-qaz strategiyası sayəsində ölkəmiz tamamilə yenidən quruldu, yoxsulluq və işsizlik səviyyəsi 5 faizə qədər endi. Eyni zamanda qeyd olunmalıdır ki, nəhəng tranzit infrastrukturu yaratmaqla biz dövlətimizin qlobal geoiqtisadi əhəmiyyətini əbədiləşdirdik. Büdcəyə gələn gəlirlər təkcə xammal satışından deyil, eyni zamanda digər ölkələrin resurslarının tranzit xidmətlərindən qaynaqlanır.
Regional və qlobal maraqların kəsişdiyi bu nöqtədə, mərkəzi Asiya respublikalarından Xəzərin dibi ilə çəkiləcək yaşıl enerji xətləri ölkəmizin Şərq və Qərb arasında ən etibarlı təmiz enerji qovşağı statusunu daimi edəcəkdir. Bu təşəbbüslər Avrasiya məkanının ekoloji tarazlığına müsbət təsir göstərəcək. Azərbaycanın ənənəvi resurslardan düzgün istifadə etməsi və yaşıl enerjiyə qlobal məsuliyyətlə yanaşması onun dünya miqyasında nümunəvi ölkə olduğunu bir daha təsdiqləyir. Bütün hədəflər ardıcıl şəkildə, real layihələrlə həyata keçirilir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu