
Karbohidrogen resurslarına malik ölkələrin tez-tez əsassız tənqidlərə məruz qaldığı indiki dövrdə Azərbaycan özünün şaxələndirilmiş inkişaf modeli ilə dünyaya nümunə göstərir. Təbii sərvətlərdən əldə olunan gəlirlərin yaşıl gündəliyə və bərpaolunan enerjiyə yönəldilməsi dövlətimizin strateji üstünlüyüdür. ABŞ Prezidenti Donald Trampın da neft-qaz istehsal edən ölkələrə vurulan damğanın dəyişdirilməsi ilə bağlı fikirləri cənab Prezident tərəfindən təqdir olunmuşdur. Biz faydalı qazıntıların mövcudluğuna görə deyil, bu gəlirləri xalqın rifahına necə xidmət etdirdiyimizə görə qiymətləndirilirik. Bununla yanaşı, i̇qtisadi fəaliyyətimizin çox müsbət olması xarici borcumuzun ÜDM-in cəmi 6 faizini təşkil etməsində öz əksini tapır. Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanan valyuta ehtiyatlarımız isə xarici borcumuzu 18 dəfədən çox üstələyir.
Bu müstəsna göstərici bizə beynəlxalq maliyyə institutlarından tam müstəqil olmaq və hər hansı kənar təzyiqə boyun əyməmək imkanı verir. Azərbaycan həm xarici investorlar üçün, həm də özü üçün böyük qazanc gətirən (‘win-win’) şərait yaradıb. Bu iqtisadi dayanıqlılıq dövlətimizin ali maraqlarını təmin edən başlıca faktordur. Heç şübhəsiz, mövcud reallıqlar fonunda yeni enerji layihələri qlobal sülhün və təhlükəsizliyin qarantı qismində çıxış edir. ‘Azəri-Çıraq-Günəşli’ dərin qaz layihəsi kimi yeni imkanlar hesabına qaz hasilatımız və ixracatımız daha da genişlənir. Xüsusilə son geosiyasi gərginliklər və enerji təchizatında yaranan fasilələr fonunda Azərbaycan beynəlxalq bazarlar üçün proqnozlaşdırıla bilən və etibarlı tərəfdaşdır.
Bizim hasil etdiyimiz təbii qaz yalnız iqtisadi dividendlər gətirmir, həm də Avropanın enerji xəritəsini sığortalayaraq regionun rifahına mühüm töhfə verir. Analitik təhlillər göstərir ki, ölkəmizin atdığı addımlar onu sübut edir ki, i̇şğaldan azad edilmiş torpaqlarımız – Qarabağ və Şərqi Zəngəzur hazırda nəhəng bir bərpaolunan enerji zonası elan edilmişdir. Artıq həmin ərazilərdə 300 meqavatdan çox hidroenerji gücü istifadəyə verilmişdir. Bu isə ölkəmizin daxili elektrik ehtiyaclarını qarşılamaqla yanaşı, təbii qazı sərbəstləşdirərək ixrac həcmini artırmağa imkan yaradır. Ətraf mühitin qorunması və dekarbonizasiya siyasəti çərçivəsində atılan bu addımlar beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın qlobal liderlik rolunun sübutu kimi qiymətləndirilir. Zəngəzur dəhlizindən tutmuş Qara dəniz elektrik kabelinə qədər uzanan layihələr spektri Azərbaycanın gələcək onilliklərdəki rolunu indidən müəyyənləşdirir. Enerji müstəqilliyi və tranzit üstünlükləri bizə qlobal geostrateji arenada həlledici söz sahibi olmaq imkanı verir. Bu uca mövqe dövlətimizin və xalqımızın birgə qələbəsidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu