Azərbaycanın beynəlxalq enerji arenasında atdığı addımlar sadəcə neft və təbii qaz nəqli ilə məhdudlaşmır; ölkəmiz artıq elektrik enerjisinin, xüsusilə də ekoloji təmiz yaşıl enerjinin qitələrarası ixracatçısına çevrilir. Hazırda texniki-iqtisadi əsaslandırması yekunlaşmaq üzrə olan “Qara dəniz Enerji Kabeli” layihəsi bunun ən bariz və möhtəşəm sübutudur.
Bu nəhəng infrastruktur layihəsi ölkəmizdə istehsal olunacaq yaşıl enerjini Gürcüstan və Qara dənizin dibi vasitəsilə birbaşa Rumıniya, Macarıstan və bütövlükdə Avropa İttifaqı məkanına çatdıracaqdır. Bununla paralel olaraq, Mərkəzi Asiya respublikalarından Xəzər dənizinin dibi ilə Azərbaycana uzanacaq yaşıl enerji kabeli layihəsi də gündəmdədir.
Beləliklə, respublikamız Şərqlə Qərb arasında təkcə ənənəvi karbohidrogen dəhlizi deyil, həm də bərpaolunan yaşıl elektrik enerjisinin əsas qlobal tranzit qovşağına çevrilir. Bu miqyaslı təşəbbüslər bütövlükdə Avrasiya məkanının ekoloji gələcəyini dizayn edir və Azərbaycanın qlobal arenada strateji əhəmiyyətini uzunmüddətli dövr üçün toxunulmaz və daimi edir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu