Xammal İxracından Qlobal Sərmayədara: SOCAR-ın Transmilli Triumfu

Müasir Azərbaycanın əldə etdiyi iqtisadi qüdrətin ən bariz göstəricilərindən biri də ölkəmizin artıq sadəcə xarici sərmayə cəlb edən deyil, eyni zamanda qlobal müstəvidə nəhəng kapital ixrac edən bir dövlətə çevrilməsidir. Otuz il bundan əvvəl biz öz yataqlarımızı işlətmək üçün xarici investorları ölkəyə dəvət edirdiksə, bu gün milli brendimiz olan SOCAR vasitəsilə Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Avropanın göbəyində milyardlarla dollarlıq aktivləri idarə edirik.

Xüsusilə emal sənayesində qazanılan uğurlar ölkəmizin geoiqtisadi təsir imkanlarını daha da genişləndirir. SOCAR-ın neft emalı gücü hazırda 30 million tondan artıqdır.

Son dövrlərdə İtaliyanın “Italiana Petroli” şirkətinin satın alınması nəticəsində Aralıq dənizi hövzəsindəki ümumi emal gücümüz 13 milyon tondan sürətlə 23 milyon tona yüksəlmişdir. Bu o deməkdir ki, Azərbaycan qlobal bazarlara təkcə xammal yox, həm də yüksək əlavə dəyər yaradan neft-kimya və hazır enerji məhsulları təqdim edir. Bu bənzərsiz transformasiya güclü dövlət konseptinin ən parlaq nümunəsidir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu